İranın “Mersad” hərbi qüvvələrinin açdığı atəş nəticəsində 15 nəfər ölüb və yaralanıb - VİDEO
19 Mart 2022 14:39 DünyaMartın 18-də "Mersad" hərbi qüvvələrinin Xaş-Zahidan istiqamətində hərəkət edən "Pejo-405" markalı avtomobilə açdığı atəş nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Olaylar.az bildirir ki, "Azad İran"ın "Telegram" kanalı xəbər verir ki, 15 nəfərin ölümü və yaralanmasına səbəb olan hadisə Əfqanıstan vətəndaşlarını daşıyan "Pejo-405" avtomobili ilə "Lifan" markalı avtomobilin toqquşması ilə nəticələnib.
Hadisə zamanı hər iki avtomobilin sərnişinlərindən ölən və yaralananlar olub. Yerli mənbələrin bildirdiyinə görə, "Lifan" markalı avtomobilin sərnişinləri etnik bəluç xalqına mənsub bir ailənin üzvləri olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31