ABŞ 100-ə yaxın Rusiya təyyarəsinin uçuşunu qadağan edib
19 Mart 2022 14:17 DünyaABŞ Ticarət Nazirliyi Rusiya və Belarusa uçan və bununla da ABŞ-ın sanksiyalarını pozan 99 təyyarənin siyahısını dərc edib.
Olaylar.az xəbər verir ki, bu barədə Amerika departamentinin bəyanatında deyilir.
Fevralın 24-dən etibarən ABŞ və ya digər ölkələrdə istehsal olunan bütün təyyarələr, əgər onların tərkibində 25%-dən çox Amerika mənşəli hissələri varsa, Rusiyaya uçmaq üçün lisenziya almalıdır. Martın 2-dən oxşar nəzarət Belarusa münasibətdə tətbiq edilib.
Buna baxmayaraq, Rusiya aviadaşıyıcıları lisenziya almadan Rusiyaya uçuşlarını davam etdiriblər. Ona görə də indi bu təyyarələr faktiki olaraq ələ keçirilib. Onlarla beynəlxalq uçuşlar mümkün olmayacaq.
ABŞ bu təyyarələrin yanacaqla doldurulmasını, texniki xidmət göstərilməsini, təmirini, ehtiyat hissələri ilə təmin olunması və digər xidmətlərə qadağa qoyub.