Rusiyada aylar sonra COVID-19-dan ölüm azaldı
19 Mart 2022 14:11 DünyaRusiyada son sutkada koronavirusdan ölənlərin sayı 495 nəfər artaraq 364 058-ə yüksəlib.
Olaylar.az bu barədə TASS-a istinadən xəbər verir.
İyunun 21-dən ilk dəfə ölkədə sutka ərzində koronavirusdan ölənlərin sayı 500-dən az olub. Bir gün əvvəl 524 ölüm halı qeydə alınmışdı.
Son 24 saat ərzində 32 958 nəfərdə koronavirus aşkarlanıb, ümumi say 17 551 657-yə çatıb.
Bundan əlavə, son sutkada 95 558 nəfər koronavirusdan sağalıb. Sağalanların ümumi sayı 16 135 267 olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31