Podolyak: "Rusiya ilə sülh danışıqları həftələr çəkə bilər"
19 Mart 2022 12:57 Dünya"Rusiya Federasiyası ilə sülh danışıqları bir neçə həftə çəkə bilər".
Olaylar.az xəbər verir ki, bunu "Bloomberg" agentliyinə müsahibəsində prezident aparatının rəhbərinin müşaviri Mixail Podolyak deyib.
"Rusiya ilə sülh danışıqları ən azı bir neçə həftə davam edə bilər, baxmayaraq ki, Moskvanın mövqeyinin "daha uyğun" olmasına dair əlamətlər var", - Podolyak bildirib.
Onun sözlərinə görə, baxılan məsələlər arasında atəşkəs, Rusiya qoşunlarının çıxarılması və təhlükəsizlik təminatları var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31