Rusiya Ukrayna ərazisində işğalçıların irəliləməsinin saxta xəritəsini yayır

Rusiya təbliğat mediasında Ukraynanın bir hissəsinin ələ keçirilməsi ilə bağlı saxta məlumatlar yayır.

Olaylar.az xəbər verir ki, Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi işğalçı ölkənin saxta məlumat yaymaq cəhdlərindən əl çəkmədiyini vurğulayıb.

Xüsusilə, söhbət düşmən qoşunlarının Ukrayna ərazisində irəliləməsini əks etdirən xəritədən gedir.
Təbliğat mediası və digər informasiyaya çıxış kanalları tərəfindən yayılan xəritənin reallıqla heç bir əlaqəsi yoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31