“Hərbçilərimiz Rusiya ilə döyüşlərdə iştirak etməyəcək” - PENTAQON
19 Mart 2022 10:37 Dünya"ABŞ və Rusiya arasında qarşıdurma heç kimə lazım deyil".
Olaylar.az bildirir ki, bu barədə ABŞ müdafiə naziri Lloyd Ostin CNN-ə müsahibəsində deyib.
Onun sözlərinə görə, ABŞ Ukraynada hərbi əməliyyatlarda iştirak etməyəcək və ölkənin hava məkanını bağlamayacaq: "Prezident bu barədə aydın işarə verib. Bizim hərbçilər Rusiya ilə döyüşlərdə iştirak etməyəcək".
Nazirin sözlərinə görə, hava məkanının bağlanması ABŞ-ın birbaşa cəlb olunması demək olardı.
"Bu demək olardı ki, biz Rusiyaya qarşı-qarşıya dururuq. Söhbət iki nüvə dövlətindən gedir. Belə bir şeyi heç kim görmək istəmir. Cəlb edilmə münaqişədir"- deyə Ostin vurğulayıb.
O bildirib ki, ABŞ NATO ərazilərinin hər metrini müdafiə edəcək.
azpost
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31