ABŞ prezidentlərindən Ukraynaya DƏSTƏK - VİDEO
19 Mart 2022 10:22 Dünya42-ci və 43-cü ABŞ prezidentləri Bill Klinton və Corc Buş Rusiyanın təcavüzünə qarşı mübarizədə Ukrayna ilə həmrəy olduqlarını bildiriblər.
Olaylar.az bildirir ki, bu barədə siyasətçilərin rəsmi "Twitter" səhifələrində məlumat verilib.
Prezidentlər Çikaqoda Ukrayna müqəddəs Vladimir və Olqa katolik kilsəsinin qarşısına günəbaxan çiçəkləri qoyublar.
"Amerika Ukrayna xalqının azadlığı və zülmə qarşı mübarizədə onunla həmrəydir", - deyə Klinton qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31