"Azovstal uğrunda döyüşlər gedir" - Daxili İşlər Nazirliyi
19 Mart 2022 10:19 DünyaRus işğalçıları Mariupoldakı "Azovstal" metallurgiya zavodunu ələ keçirməyə çalışırlar.
Olaylar.az xəbər verir ki, bu barədə milli telemarafonun efirində Daxili İşlər Nazirliyinin rəhbərinin müşaviri Vadim Denisenko məlumat verib.
Onun sözlərinə görə, terrorçular faktiki olaraq metallurgiya zavodunu məhv ediblər.
"Mariupolda vəziyyət fəlakətlidir, indi "Azovstal" uğrunda döyüşlər gedir. Bizdə olan məlumatlara görə, deyə bilərik ki, biz bu iqtisadi nəhəngi itirmişik, Avropanın ən böyük zavodlarından biri faktiki olaraq məhv edilir", - Denisenko cavab verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31