Embarqoya baxmayaraq, Almaniya Rusiyaya silah ixrac edib

Almaniyanın Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarına rəğmən 2014-2020-ci illərdə 122 milyon avro dəyərində hərbi təchizat göndərdiyi irəli sürülüb.

Olaylar.az xəbər verir ki, bu barədə "Investigate Europe" hesabat yayımlayıb.

Hesabata əsasən, Rusiyanın Krımı ilhaq etməsindən sonra Aİ-nin 2014-cü ildə tətbiq etməyə başladığı silah embarqosuna baxmayaraq, Rusiyaya hərbi təchizat göndərib.

Ölkənin İqtisadiyyat Nazirliyinin sözçüsü Annike Eynhorn açıqlamasında Almaniyanın Aİ-nin 2014-cü ildəki embarqosundan sonra Rusiyaya hərbi təchizat üçün hər hansı yeni lisenziya vermədiyini deyib.

O, 2020-ci ilə qədər davam edən çatdırılma ilə bağlı açıqlama verməyib.

Almaniyanın Rusiyaya xüsusi mühafizə vasitələri, buzqıran gəmilər, tüfəng ixrac etdiyi bildirilib.

Qeyd edək ki, Rusiyanın 2014-cü ildə Krımı qanunsuz olaraq ilhaq etməsindən sonra Aİ bu ölkəyə hər hansı silah və ya silahla əlaqədar ləvazimatların ixracını yasaqlamağa qərar vermişdi.

milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31