Ukraynada müharibə bu tarixdə başa çatacaq? - RƏSMİ AÇIQLAMA
18 Mart 2022 19:29 DünyaUkraynada müharibənin qızğın mərhələsinin başa çatacağı vaxt açıqlanıb.
Olaylar.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç teleqram kanalında bildirib.
Onun sözlərinə görə, müharibənin qızğın mərhələsi 2-3 həftəyə başa çatmalıdır:
"Kiyev, Xarkov, Sumı yaxınlığında döyüşlər başa çatıb. Onlar hətta hansısa ehtiyatlarını tapıb gətirərək hücuma keçmək istəsələr belə məğlubiyyətə düçar olacaqlar. Məsələ bir həftə və ya 10 günədək uzana bilər. Nəticə bəllidir, onlar strateji cəhətdən artıq uduzduqları kimi əməliyyatı da uduzacaqlar. Fikrimcə, Kiyev sakinlərindən çıxıb gedənlər aprelin ortalarında və ya sonunda evlərinə qayıda biləcəklər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31