Rusiya qüvvələri Kiyevdə mülki yaşayış məntəqələrini yenidən vurdu

Olaylar.az xəbər verir ki, Rusiya qüvvələrinin Ukraynanın paytaxtı Kiyevə hücumu nəticəsində  1 nəfər ölüb, 4 nəfər yaralanıb. Rusiya qüvvələrinin atdığı raket Kiyevin Podilski rayonundakı mülki yaşayış məntəqələri ərazisinə düşüb. Hücum zamanı bir məktəbə, eləcə də ərazidəki bir çox mənzilə ciddi ziyan dəyib.Partlayışın təsiri ilə ətrafdakı bəzi evlərin şüşələri sınıb, bir çox nəqliyyat vasitələri yararsız hala düşüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31