Belçikadan Rusiyaya gedəcək 1,5 min yük konteyneri saxlanılıb
18 Mart 2022 13:55 DünyaBelçikanın Antverpen və Zerbyuqqe dəniz limanlarında Rusiyaya göndəriləcək 1,5 min yük konteyneri saxlanılıb.Olaylar.az xəbər verir ki, bu barədə Belçika Krallığının Gömrük və aksiz idarəsinin başçısı Kristian Vandervaren bildirib. Onun sözlərinə görə, uyğun şirkətlər konteynerdəki malların Rusiyaya qarşı tətbiq edilən sanksiyalar siyahısında olmadığına dair sənəd təqdim etdikdən sonra yük təyinatı üzrə yola salınacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31