Zelenski Yaponiya parlamentində çıxış edəcək

Olaylar.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski gələn həftə Yaponiya parlamentində çıxış edəcək və bu məsələ ilə bağlı Yaponiyada iqtidar və müxalifət partiyaları arasında razılaşmalar əldə olunub. 

Bu barədə martın 18-də TBS telekanalı  məlumat yayıb.

Zelenskinin çıxışının ya martın 22, 23-də baş tutacağı gözlənilir. Bu tarixlərin hər ikisi Ukrayna tərəfinə seçim etmək üçün təklif edilib. Yaponiyanın baş naziri Fumio Kişida da belə bir görüşün təşkili ideyasını dəstəkləyib.

Bundan əvvəl Ukrayna prezidenti videobağlantı vasitəsilə Britaniya parlamenti, ABŞ Konqresinin, Kanada parlamentinin, Almaniya parlamentinin qarşısında çıxış edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31