Türkiyə XİN Yunanıstana etiraz etdi

Türkiyə Xarici İşlər Nazirliyi Yunanıstana etiraz edib. Olaylar.az xəbər verir ki, bu barədə nazirlik bəyanat yayıb. Bildirilir ki, Qərbi Frakiya ərazisindəki Osmanlı-müsəlman məzarlığı dağıdılıb. "Məzarlığın Bulustra bələdiyyəsinin təlimatı ilə futbol meydançası salmaq adı ilə dağıdıldığı məlum olub. Yunanıstan rəsmilərindən lazımi həssaslığı göstərmələri və qəbiristanlıı əvvəlki halına gətirmələrini xahiş edirik", - bəyanatda vurğulanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31