Kadırovdan Baydenə təşəkkürlər: Ağzımın suyu axdı
18 Mart 2022 11:12 DünyaOlaylar.az xəbər verir ki, Çeçenistan prezidenti Ramazan Kadırov ABŞ prezidenti Co Baydenin Ukraynaya göndərəcəyi silahlarla bağlı "Bu silahları ələ keçirib Rusiya adına istifadə etməyi səbirsizliklə gözləyirəm" deyib.
Bu barədə Çeçenistan prezidenti Rəsmi Telegram kanalında açıqlama verib.
"Biz Vaşinqtondan gözəl, həyəcanverici və ümidverici xəbərlər aldıq. İndiyə qədər Ukraynada ələ keçirdiyimiz silahlardan razı deyildik. Uzun müddətdir ki, döyüşçülərimizi necə ruhlandıracağımızı düşünürdük, lakin heç vaxt düşünmürdük ki, amerikalılar bizə kömək edərdilər", - Kadırov bildirib.
ABŞ-ın silah göndərdiyi xəbərini oxuyanda "ağzımın suyu axdı" deyən Kadırov, "Bütün bunlar doğrudanmı bizim olacaq?" deyə düşündüyünü də qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31