Gecə vaxtı dəhşətli qəza: 13 yaşlı uşaq qəza törətdi, 9 ölü var
18 Mart 2022 09:58 DünyaABŞ-ın Texas ştatında 13 yaşlı yeniyetmənin idarə etdiyi pikapla mikroavtobusun toqquşması nəticəsində 9 nəfər ölüb.
"Yeni Gündəm" xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının (NTSB) sədr müavini Bryus Landberq açıqlayıb.
Bunlar pikapda olan sürücü və sərnişin, həmçinin digər avtomobil - mikroavtobusda olan qolf üzrə kişi və qadınlardan ibarət universitet komandalarının üzvləri və onların məşqçisi olub.
Onlardan əlavə iki nəfər müxtəlif dərəcələri bədən xəsarətləri də alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31