"Jurnalistlər həyatlarını təhlükəyə ataraq Ukraynadakı müharibəni dünyaya çatdırırlar" - Ozule
17 Mart 2022 23:51 DünyaOlaylar.az bildirir ki, UNESCO Ukraynada fəaliyyət göstərən jurnalistlərə zirehli gödəkçə və dəbilqə verəcək. Bunu qurumun baş katibi Odre Ozule bildirib.
"Jurnalistlər hər gün həyatlarını təhlükəyə ataraq Ukraynadakı müharibə reallıqlarını dünyaya çatdırırlar. Minlərlə media işçisi Ukraynada heç bir fərdi mühafizə vasitəsi olmadan çalışır" - Ozule qeyd edib.
Qurum ilk mərhələdə 125 jurnalisti gödəkçə və dəbilqə ilə təmin edəcək.
Xatırladaq ki, Ukraynada mart ayında peşə fəaliyyətini yerinə yetirərkən 5 jurnalist həlak olub.
sfera
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31