Rusiya qoşunları Kiyevə daxil ola bilməyəcək - Sırski
17 Mart 2022 22:37 DünyaKiyevə aparan yollar etibarlı şəkildə "qıfıllanıb", Rusiya qoşunları paytaxta daxil ola bilməyəcək. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının İctimaiyyətlə Əlaqələr Xidmətinin "Facebook"dakı məlumatında deyilir.
Olaylar.az xəbər verir ki, Kiyevin müdafiə komandanı - Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski paytaxtın şimal-qərb hissəsində - Moşun yaşayış məntəqəsində müdafiəni yoxlayıb.
"12 gündən artıqdır ki, düşmənin bu istiqamətdə ukraynalı müdafiəçilərin müdafiəsini yarmaq cəhdi uğursuzluğa düçar olur. Burada Rusiyanın işğalçı qoşunları ilə şiddətli döyüşlər gecə-gündüz davam edir. İşğalçı texnika və canlı qüvvədə xeyli itki verir", - məlumatda deyilir.
Ukrayna hərbçiləri ilə söhbətdən sonra Sırski qeyd edib ki, ukraynalı müdafiəçilər vətənlərini qorumağa hazırdırlar. "Paytaxta aparan yollar isə etibarlı şəkildə "qıfıllanıb", Rusiya qoşunları paytaxta daxil ola bilməyəcək", - məlumatda vurğulanıb.
Bundan başqa, ukraynalı müdafiəçilərin əhval-ruhiyyəsi də yüksək səviyyədədir. "Biz hər fürsətdə düşməni məhv edəcəyik", - Sırski bildirib.
sfera