Fransa Ukraynaya 300 milyon avro maliyyə yardımı göndərəcək

Olaylar.az bildirir ki, Fransa yaxın günlərdə Ukraynaya 300 milyon avro məbləğində maliyyə yardımı göndərmək niyyətindədir. Bu barədə Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.

Nümayəndə qeyd edib ki, əlavə maliyyə yardımının ayrılması xarici işlər naziri Le Drian ilə ukraynalı həmkarı Dmitri Kuleba arasında söhbət zamanı müzakirə olunub.

milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31