"Lukoil"un Direktorlar Şurasının üç əcnəbi üzvü şirkəti tərk edib
17 Mart 2022 20:38 DünyaRusiyanın "Lukoil" şirkətinin Direktorlar Şurasının üç əcnəbi üzvü şirkəti tərk edib.
Olaylar.az bildirir ki, bu barədə şirkətin açıqlamasında deyilir.
Məlumata görə, Avstriyanın keçmiş kansleri Volfqanq Şussel, "TTG Global" MMC-nin Prezidenti Tobi Qati, Rusiya-Britaniya Ticarət Palatasının Direktorlar Şurasının sədri Rocer Munninqs "Lukoil" şirkətinin Direktorlar Şurasını tərk edib.
Hazırda şirkətin Direktorlar Şurasında 11 deyil, cəmi 8 nəfərin adı var.
apa
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31