"Özümü əsir kimi hiss edirəm" - Rusiyalı oliqarx

Sanksiyaya məruz qalan rusiyalı oliqarx Mixail Fridman şok açıqlama verib.

Olaylar.az xəbər verir ki, milyarder sanksiyalar ucbatından kartları və hesabı blok olunduğu üçün özünü əsirlikdəki kimi hiss etdiyini bildirib.

Rusiyanın məşhur "Alfo" bankının sahibi Fridman onu da deyib ki, evdəki xidmətçinin belə pulunu verə bilmir.

O, Londondan çıxıb getmək istədiyini, amma bunun alınmadığını da qeyd edib.

lent.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31