Rusiya telekanallarından jurnalistlərin istefası davam edir
17 Mart 2022 19:53 DünyaRusiyada Birinci kanalın redaktoru Marina Ovsyannikovanın canlı efirdə etirazından sonra üç istefa xəbəri yayılıb.
Olaylar.az xəbər verir ki, birinci Kanalın jurnalisti Janna Agalakova Avropa müxbiri vəzifəsindən istefa verib, NTV-dən isə iki jurnalist ayrılıb. İstefa verən Liliya Gildeyeva 2006-cı ildən NTV-də aparıcı, Vadim Glusker isə 30 ilə yaxın NTV-də işləyib.
Russia Today-ın keçmiş baş redaktoru Mariya Baronovanın istefası səs-küylü istefa olub. O bu ay BBC-nin müxbiri Steve Rosenberg-ə deyib ki, Putin artıq Rusiyanın "reputasiyasını məhv edib və iqtisadiyyatı da ölüb".
Ötən həftə Rusiyanın Birinci kanalındakı redaktorlardan biri Marina Ovsyannikova qəfildən Xəbərlər proqramının canlı efirinə çıxaraq Ukraynadakı müharibəni pisləyən şüar qaldırıb.
Ukrayna Prezidenti Volodymyr Zelenski ona təşəkkür edərək Rusiyanın təbliğat sistemində çalışan hər kəsi istefaya səsləyib.
visiontv.az