"Türkiyə Ukraynada 24 saatlıq atəşkəs təklif edir" - Mövlud Çavuşoğlu
17 Mart 2022 19:44 Dünya"Rusiya tərəfi insanların münaqişə bölgəsindən çıxarılması məsələsində Ukraynanın maneə yaratdığını, Ukrayna tərəfi isə tam əksini söyləyir".
Olaylar.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu martın 17-də Ukraynanın Lvov şəhərində bu ölkənin xarici işlər naziri Dmitro Kuleba ilə keçirdiyi görüşdən sonra deyib.
"Biz də təklif etdik ki, beynəlxalq qurumlar - bura Beynəlxalq Qırmızı Xaç Komitəsi, BMT-nin qurumları, Türkiyə Qızıl Aypara Cəmiyyəti müşahidəçi olsun. 24 saatlıq atəşkəs olsun, bunun işə yarayıb-yaramadığını isə humanitar qurumlar müşahidə etsin", - nazir vurğulayıb.
sfera
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31