"Ölkə Rusiyadan asılı deyil" - David Narmaniya
17 Mart 2022 19:26 Dünya2021-ci ildə Gürcüstanda Rusiya qazının payı ümumi idxalın 15%-ni, elektrik enerjisinin isə müvafiq olaraq 7%-ni təşkil edib. Ölkə Rusiyadan asılı deyil.
Olaylar.az xəbər verir ki, bu sözləri Gürcüstanın Enerji və Su Təchizatı üzrə Milli Komissiyasının (GNERC) rəhbəri David Narmaniya deyib.
"Uzun illərdir ki, Rusiyadan təbii qaz idxalı 10%-i ötmür. Təbii qazın 90%-ə qədərini Azərbaycandan alırıq. Ölkəmizin yerləşdiyi coğrafi mövqeyə görə, başqa mənbəmiz (qaz - red.) və qonşularımız yoxdur", - Narmaniya bildirib.
milli.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31