Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında telefon danışığı olub
17 Mart 2022 19:05 DünyaTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın dövlət başçısı Putinlə telefon danışığında Ukraynadakı vəziyyəti müzakirə edib.
Olaylar.az bildirir ki, bu bardə Türkiyə Prezidentinin dəftərxanasından verilən açıqlamda deyilir.
"Danışıqlar zamanı son hadisələr müzakirə olunub. Ərdoğan bildirib ki, Türkiyə Rusiya və Ukrayna arasında sülhün əldə edilməsi üçün ilk gündən göstərdiyi səmimi yanaşmaya sadiqdir. Atəşkəs elan olunacağı təqdirdə, davamlı həll yolunun mümkünlüyün bəyan olunub".
O, bəzi məsələlərdə uzlaşmaq üçün liderlər səviyyəsində görüşün əhəmiyyətinə toxunub və Putin və Ukrayna Prezidenti Vladimir Zelenskini İstanbul və ya Ankarada qəbul edə biləcəklərini bir daha vurğulayıb.
azpost.info
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31