Ukraynada öldürülən uşaqların sayı açıqlanıb

Rusiyanın Ukraynaya müdaxiləsindən sonra azı 107 uşaq ölüb, 120-dən çox uşaq yaralanıb. Olaylar.az xəbər verir ki, bunu Ukrayna Baş Prokurorluğu verdiyi son məlumatda bildirib. Ölənlərin çoxu Kiyev, Xarkov, Donetsk, Çerniqov, Sumı, Xerson, Nikolayev və Jitomir vilayətlərində qeydə alınıb. Bildirilir ki, 410-dan çox təhsil müəssisəsi atəşə tutulub, onlardan 63-ü tamamilə məhv edilib. Ən azı 11 xəstəxananın atəşə tutulduğu haqda məlumat var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31