Rusiya XİN-dən Çernobıl AES-lə bağlı AÇIQLAMA
17 Mart 2022 15:31 Dünya"Rusiya Çernobıl AES-in təhlükəsizliyini təmin etmək üçün bütün səylərini davam etdirəcək".
Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirilən brifinqdə deyib.
"Biz bu obyektin təhlükəsizliyini təmin etmək üçün bundan sonra da hər cür səy göstərmək niyyətindəyik", - deyə Zaxarova əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31