Çerniqov hava hücumuna məruz qalıb - ÖLƏNLƏR VAR
17 Mart 2022 14:08 DünyaUkraynanın Çerniqov şəhərinə Rusiya ordusu tərəfindən artilleriya və hava hücumları nəticəsində ötən 24 saat ərzində 53 nəfər həlak olub.
Olaylar.az xəbər verir ki, bunu Çerniqov Əyalət Hərbi Administrasiyasın rəhbəri Viaçeslav Çaus "Telegram" kanalında bildirib.
O, işğalçıların əyalət mərkəzinə girə bilmədiklərini, Ukrayna ordusu ilə toqquşmalarda xeyli itki verdiklərini diqqətə çatdırıb.
V.Çaus bununla yanaşı, şəhər sakinlərinin təxliyəsi üçün "yaşıl dəhliz" açdırmaq üçün danışıqların aparıldığını söyləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31