Erməni muzdlular Ukraynaya qarşı vuruşmaq üçün Putinə müraciət etdi
17 Mart 2022 12:04 Dünya"Erməni qartalları" Rusiya Prezidenti Vladimir Putinə Donbasa getməyə icazə verilməsi xahişi ilə məktub göndərib.
Bu barədə "Past" qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, erməni muzdluların komandiri Xaçik Asryan bir neçə gün əvvəl Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinə məktub təqdim edib.
Məktubda "Erməni qartalları"nın Donbasa getməyə, Ermənistanın strateji tərəfdaşı olan Rusiyanın Silahlı Qüvvələrinin tərkibində NATO və Ukraynaya qarşı vuruşmağa, Donbas əhalisini müdafiə etməyə hazır olduğu vurğulanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31