FED uçot dərəcəsini 4 il sonra ilk dəfə artırdı

ABŞ-ın mərkəzi bankı fuksiyalarını yerinə yetirən Federal Ehtiyat Sistemi (FED) baza faiz dərəcəsini 25 baza bəndi artıraraq illik 0,25-0,50 faizə qədər çatdırıb.

Olaylar.az bildirir ki, bu barədə tənzimləyicinin rəhbərliyin iclasının yekunlarına dair məlumatında deyilir.

Qeyd edək ki, sonuncu dəfə baza faiz dərəcəsinin artımı 2018-ci ilin dekabrında olub və o vaxtdan bəri baza faiz dərəcəsi yalnız azaldılıb.

Son iki il ərzində FED-in uçot dərəcəsi illik 0-0,25% diapazonunda olub.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31