“Kiyevin üzvlüklə bağlı istənilən qərarına hörmətlə yanaşacağıq” - NATO Baş katibi

"NATO Ukraynanın Alyansa üzvlüklə bağlı verəcəyi istənilən qərarına hörmətlə yanaşacaq".

Olaylar.az bildirir ki, bu sözləri NATO-nun Baş katibi Stoltenberq Alyansın müdafiə nazirlərinin iclasının yekunları ilə bağlı çıxış edərkən deyib.

"NATO Ukrayna rəhbərliyinin qəbul edəcəyi qərara hörmət edir. Alyansa qoşulub-qoşulmayacaqları barədə onlar qərar verməlidir. NATO-nun 30 üzvünə bu məsələ ilə bağlı sonra qərar vermək qalır"-deyə o vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31