“Ukraynada əməliyyat plana uyğun inkişaf edir” – Putin
16 Mart 2022 20:31 Dünya"Ukraynada xüsusi əməliyyat uğurla və ciddi şəkildə plana uyğun inkişaf edir".
Olaylar.az Kremlin saytına istinadən bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putin bu gün keçirdiyi iqtisadi müşavirədə bildirib.
Putin vurğulayıb ki, əməliyyat başlamazdan əvvəl Moskva Kiyevə qoşunları Donbassdan çıxarmağı təklif edib, lakin Ukrayna tərəfi bundan imtina edib: "Əməliyyatın lap əvvəlində Kiyev hakimiyyətindən müxtəlif kanallar vasitəsilə döyüş əməliyyatlarına başlamamaq və qoşunlarını Donbassdan çıxarmaq tələb olunub. Lakin onlar bundan imtina etdilər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31