Rusiyada pensiya və sosial müavinətlər artırılacaq – Putin
16 Mart 2022 19:42 Dünya"Yaxın vaxtlarda sosial müavinətlərin, pensiyaların və yaşayış minimumunun artırılması ilə bağlı qərar veriləcək".
Olaylar.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib. "Mən başa düşürəm ki, qiymət artımı insanların gəlirlərinə ciddi təsir göstərir, ona görə də yaxın vatlarda biz bütün sosial ödənişlərin, o cümlədən müavinət və pensiyaların artırılması ilə bağlı qərar qəbul edəcəyik", - Putin bildirib. Rusiya prezidentinin fikrincə, belə çətin vəziyyətdə belə, ilin sonuna kimi yoxsulluğun səviyyəsinin azalmasına nail olmaq lazım gələcək: "Bunlar bu gün belə, yerinə yetirilə bilən vəzifələrdir. Mən hökumətdən və regionlardan xahiş edirəm ki, bu işə diqqət yetirsinlər".
azpost.info
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31