"Equinor" Avropa ölkələrinə qaz ixracını artıracaq

Norveçin "Equinor" neft-qaz şirkəti 2022-ci il ərzində Avropa ölkələrinə qaz ixracını 1,4 milyard kubmetr artırmaq niyyətindədir.

Olaylar.az bildirir ki, bu barədə şirkətin bəyanatında deyilir.

Qeyd olunur ki, həcmin artırılması Norveç Energetika Nazirliyinin hasilatın artırılmasına icazə verməsi hesabına mümkün olacaq.

Məlumata əsasən, Energetika Nazirliyinin icazəsinə əsasən, "Equinor" şirkəti "Oseberg" və "Heidrun" yataqlarından hasil olunan qazın ixracını artıra biləcək.

Şirkətin məlumatında deyilir ki, bu il ərzində qaz ixracının 1,4 milyard kubmetr artırılması Avropada 1,4 milyona yaxın evin qaz tələbatını qarşılaya bilər.

milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31