"Bizim S-300 müdafiə sistemlərinə ehtiyacımız var" - Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski martın 16-da videoəlaqə vasitəsilə ABŞ Konqresində çıxış edib.

Olaylar.az bildirir ki, o, ABŞ-ı Rusiyaya qarşı sanksiyaları davam etdirməyə çağırıb.

V.Zelenski, həmçinin növbəti dəfə Ukrayna üzərində uçuşsuz zona tətbiq etmək və müdafiə məqsədilə Ukraynaya aviasiya və zenit-raket kompleksləri vermək çağırışı edib.

"Əgər bu, həddən çoxdursa və biz bunu istəyə bilməriksə, alternativ var: siz bilirsiniz ki, bizim S-300 müdafiə sistemlərinə ehtiyacımız var", - V.Zelenski deyib.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31