İranda iki avtomobil toqquşdu: 5 ölü, 11 yaralı

Bu gün səhər saatlarında İranın cənubunda yerləşən Fars vilayətində iki minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər ölüb.

Olaylar.az  bildirir ki, bunu İranın Fars vilayəti Qırmızı Aypara Cəmiyyəti idarəsinin direktor müavini Mehdi Xubyar deyib.

M.Xubyarın sözlərinə görə, həmçinin qəza nəticəsində 11 nəfər yaralanıb. Yaralılar xəstəxanalara çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31