Bu ölkə  ruslara qızıl vizaların verilməsini dayandırıb

Olaylar.az TASS-a istinadən xəbər verir ki, İspaniya hökuməti Rusiya vətəndaşlarına "qızıl" vizaların verilməsini müvəqqəti dayandırmaq qərarına gəlib.

Bu məlumatı İspaniya  Krallığının Xarici İşlər Nazirliyindən təsdiqləyiblər. Öz növbəsində, ABC qəzeti hökumət mənbələrinə istinadən xəbər verir ki, İspaniyanın xarici işlər naziri Xose Manuel Albares bir neçə gün əvvəl Rusiya vətəndaşlarına bu vizaların verilməsini müvəqqəti dayandırmaq, eləcə də artıq baxılan müraciətləri dayandırmaq barədə göstəriş verib. Bu qərar Aİ-nin Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar sanksiyaları fonunda qəbul edilib.

2021-ci ildə Rusiya Federasiyasından olan immiqrantlar İspaniyada ən azı 500.000 avro dəyərində 159 mülk alıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31