ABŞ Prezidenti NATO-nun fövqəladə sammitinə qatılacaq

ABŞ Prezidenti Cozef Bayden martın sonunda Brüsselə səfər edəcək.

Olaylar.az bildirir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.

Psaki deyib ki, Bayden Brüsseldə martın 24-də keçiriləcək NATO-nun fövqəladə sammitinə qatılacaq.

"ABŞ dövlət başçısı Rusiyanın Ukraynaya qarşı hücumlarına cavab olaraq müttəfiqlərlə birgə planlaşdırılan tədbirləri müzakirə etməyi planlaşdırır", - Ağ Evin mətbuat katibi qeyd edib.

milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31