Ruslar Mariupolda xəstələri və tibb işçilərini girov götürdü
15 Mart 2022 23:35 DünyaRusiya hərbçiləri Mariupolda xəstələri və tibb işçilərini girov götürüb.
Olaylar.az "The Kyiv Independent"ə istinadən xəbər verir ki, bu barədə Donetsk vilayətinin qubernatoru Pavlo Kirilenko bildirib.
Qubernatorun sözlərinə görə, rus qoşunları Mariupolun kənarındakı xəstəxanaya daxil olub:
"Ruslar 400 nəfəri xəstəxanada saxlayırlar. Rusiya qoşunları həkimləri və xəstələri girov götürüb. Belə xəbəri xəstəxananın əməkdaşlarından biri çatdıra bilib. Xəstəxanadan çıxmaq mümkün deyil. İki gündür maşınlar xəstəxanaya çata bilmir. Ətrafda hündürmərtəbəli binalar yanır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31