Rusiyalı hərbçilər daha bir jurnalist öldürdülər - FOTO
15 Mart 2022 23:21 DünyaUkraynalı jurnalist həlak olub.
Olaylar.az xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin məsləhətçisi Anton Qeraşçenko bildirib.
Onun sözlərinə görə, ukraynalı jurnalist, prodüser Oleksandar Kuvşinova da Rusiya hərbi qüvvələrinin açdığı atəş nəticəsində Kiyev ətrafındakı ərazidə, Horenkada həlak olub. Bildirilib ki, Oleksandra "Fox News"un komandası ilə bir yerdə olub. Telekanalın operatoru həlak olub, digər jurnalist ağır yaralanıb.
.jpg)
milli.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31