“XİN rəhbərini bu gün Moskvaya göndərirəm…” – Rəcəb Tayyib Ərdoğan
15 Mart 2022 22:21 Dünya"Xarici işlər nazirimizi bu gün Rusiyaya göndərirəm. Sabah Moskvada görüşlər keçirəcək. Martın 17-də də Ukraynaya gedəcək. Atəşkəs üçün səylərimiz davam edəcək".
Olaylar.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin martın 15-də keçirilən növbəti iclasından sonra xalqa müraciətində deyib.
Çıxışında Antalya Diplomatiya Forumunun böyük uğurla keçirildiyini xatırladan dövlət başçısı bildirib ki, Forumun ən mühüm hadisəsi Türkiyənin vasitəçiliyi ilə Rusiya və Ukrayna xarici işlər nazirlərinin görüşü olub.
azpost.info
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31