Zalujnı müharibə ilə bağlı son vəziyyəti açıqlayıb
15 Mart 2022 20:29 DünyaUkrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeriy Zalujnı döyüşçülərə rus əsgərləri arasında 20 günlük mübarizənin yekunlarını açıqlayıb.
Olaylar.az UNİAN-a istinadən bildirir ki, onun "Facebook" səhifəsində yazdığı kimi, Ukrayna Silahlı Qüvvələri öz tapşırıqlarını yerinə yetirir.
"Biz təcavüzkarı dayandırmışıq, ehtiyat güclərimizi yerləşdirmişik və müəyyən ərazilərdə əks-hücum əməliyyatı aparırıq".
Zalujnı həmçinin əlavə edib ki, Ukrayna hərbçiləri itkilər verir. Lakin onlar düşməninkindən bir neçə dəfə azdırlar. O, həlak olan əsgərlərin ailələrinə başsağlığı verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31