Rusiya Avropa Şurasından çıxır

Rusiyanın Avropa Şurasından çıxması ilə bağlı qərar qəbul edilib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov təşkilatın baş katibinə müvafiq məktubu təqdim edib.

Olaylar.az TASS-a istinadən xəbər verir ki, bunu Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy deyib.

Onun sözlərinə görə, Rusiya öz istəyi ilə Avropa Şurasından çıxır. Bu, balanslaşdırılmış və düşünülmüş qərardır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31