NTV kanalının tanınmış aparıcısı istefa verdi
15 Mart 2022 20:10 DünyaRusiyanın NTV kanalının tanınmış aparıcısı Liliya Gildeyeva istefa verib.
Olaylar.az xəbər verir ki, bu barədə aparıcı Telegram hesabında yazıb.
Onun sözlərinə görə, xaricə gedib və istefa ərizəsini oradan yazıb.
"Mən qorxdum ki, məni elə-belə buraxmazlar, ona görə istefa ərizəsi yazdım", - deyə Liliya Gildeyeva bildirib.
Qeyd edək ki, Liliya Gildeyeva 2013-cü ildən NTV kanalının "Seqodnya" proqramında çalışırdı. O, verilişi televiziya jurnalisti Aleksey Pivovarovla birgə aparıb.
milli.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31