"Qazprom" qaz hasilatını azaldıb

Rusiyanın "Qazprom" şirkəti 2022-ci ilin əvvəlindən bu günədək təbii qaz hasilatını ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz azaldıb. Bu müddət ərzində şirkət 111,6 milyard kubmetr qaz hasil edib.

Olaylar.az bildirir ki, bu barədə şirkətin hesabatında deyilir.

Bu müddət ərzində şirkətin ixracı da 2021-ci ilin əvvəli ilə müqayisədə 28,5 faiz azalaraq 30,7 milyard kubmetrə bərabər olub.

Eyni zamanda, "Qazprom" martın 1-dən 15-dək müddət ərzində Avropanın bir sıra ölkəsinə qaz ixracını ötən ilin eyni dövrü ilə müqayisədə artırıb.

Belə ki, hesabat dövründə İtaliyaya qaz ixracı 51,7 faiz, Polşaya 71,8 faiz, Xorvatiyaya 110,9 faiz, Yunanıstana 34,6 faiz, Bolqarıstana 24,4 faiz, Türkiyəyə 21,1 faiz artıb.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31