Məhv edilmiş rus generalı kimdir? - Moskva gizli saxlayır (VİDEO)
15 Mart 2022 19:35 Dünya"Azov" alayı Ukrayna ərazisinə hücum edən Rusiya Silahlı Qüvvələrinin general-mayorunu öldürüb.
Olaylar.az xəbər verir ki, bu barədə alayın teleqram kanalında məlumat verilib.
"Kim bizə qılıncla gəlsə, elə qılıncla da öləcək", - deyə yayılan məlumatda bildirib.
Məlumatda general-mayorun adı açıqlanmayıb.
Qeyd edək ki, bu gün "Azov" alayı Ukraynanın Mariupol şəhərindəki Rusiya ordusunun mövqelərini bombalayıb, nəticədə qarşı tərəfin bir neçə texnikası məhv edilib.

oxu24.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31