Zelenski qanun imzaladı - Bu şəxslər cəzalandırılacaq
15 Mart 2022 14:55 DünyaUkrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə əməkdaşlığa görə cinayət məsuliyyəti nəzərdə tutan qanunu imzalayıb.
Olaylar.az "Strana"ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ali Radanın birinci vitse-spikeri Aleksandr Kornienko açıqlayıb.
Ali Rada martın 3-ü Cinayət Məcəlləsinə müvafiq dəyişiklikləri qəbul edib. Birinci qanun Rusiya ilə əməkdaşlığa görə 15 il müddətinə cəza nəzərdə tutur, ikinci qanun birinci qanuna əsasən mühakimə olunanlarla əlaqəli partiya və təşkilatların bağlanmasına icazə verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31