Yandex-də baş direktor dəyişdirildi
15 Mart 2022 14:31 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, "Yandeks" şirkətlər qrupunun idarəedici direktoru Tiqran Xudaverdyan "Yandex"in baş direktoru təyin edilib və o, bu vəzifədə Yelena Buninanı əvəz edəcək.
2017-ci ilin dekabr ayından Rusiyanın "Yandeks" şirkətinin baş direktoru vəzifəsini tutan Yelena Buninanın şirkətdə qalacağı və onun kadrlar üzrə direktoru vəzifəsini davam etdirəcəyi qeyd edilib. O, həmçinin təhsil layihələrinin inkişafına diqqət yetirəcək.
Tiqran Xudaverdyan 2019-cu ildən Yandex şirkətlər qrupunun idarəedici direktorudur. Arkadi Voloj Qrupun baş direktoru olaraq qalır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31