Bu ölkələrin baş nazirləri Ukraynaya gedir
15 Mart 2022 12:24 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Çexiyanın baş naziri Petr Fiala Polşa və Sloveniyanın baş nazirləri ilə birlikdə Ukrayna prezidenti Zelenski ilə görüşmək üçün bu gün Kiyevə gedəcəklərini açıqlayıb.Çexiya, Polşa və Sloveniyanın baş nazirləri Rusiya-Ukrayna müharibəsində təşəbbüs göstərdilər və Avropa Şurasını təmsil etdilər.O, Ukrayna hökuməti ilə görüşmək üçün Kiyevə getməyə qərar verib.Çexiyanın baş naziri Petr Fiala bu barədə Twitter səhifəsində məlumat verib. "Polşanın baş naziri Mateuş Moravetski, baş nazirin müavini Yaroslav Kaçinski və Sloveniyanın baş naziri Yanez Yanşa ilə birlikdə biz bu gün Avropa Şurasının nümayəndələri kimi Kiyevə prezident Zelenski və baş nazir Şmıxalla görüşmək üçün gedirik", - Fiala yazıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31