Bu ölkədə hicab qadağan olundu

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Hindistanın Karnataka əyalətində məhkəmə məktəblərdə müsəlman şagirdlərə tətbiq edilən hicab qadağasını təsdiqləyib.

Məhkəmə öz qərarında hicabın İslam dininin təməli olmadığını iddia edib.

Bu arada, Karnataka hökuməti ştatın paytaxtı Benqalurda ictimai asayişi və sülhü qorumaq üçün bir həftə ərzində kütləvi toplantıları qadağan edib.

Administrasiya 15-19 mart tarixlərində Manqalorla kütləvi toplantılara icazə verilməyəcəyini açıqlayıb.

Xatırladaq ki, məhkəmə hicabla  gərginliyin yaşandığı əyalətdə mövzu ilə bağlı qərar açıqlanana qədər şagirdlərin hicablı məktəblərə daxil ola bilməyəcəyini bildirib.

Məhkəmə sədri əyalətdə hicab qadağası ilə bağlı yaranan gərginlik səbəbindən yarımçıq qalan təlimin davam etdirilməsi barədə səlahiyyətlilərə göstəriş verib.

Təxminən 1,4 milyardlıq Hindistan əhalisinin təxminən 14 faizi müsəlmanlardır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31